Kim Çen In Rusiyada Primorsk diyarında qarşılanıb
Koreya Xalq Demokrat Respublikasının lideri Kim Çen In Rusiyanın Primorsk diyarında qarşılanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, onu Rusiyan Federasiyasının (RF) təbii ehtiyatlar və ekologiya naziri, RF-Şimali Koreya hökumətlərarası komissiyanın sədri Aleksandr Kozlov Primorsk diyarının Xasan dəmir yolu stansiyasında qarşılayıb.
Onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir.
Qeyd edək ki, Kim Çen In Rusiyada səfərdədir.
Report.az