Kirman cinayətkarlarının müəyyən edilməsi və mühakimə olunması ilə bağlı hesabat prezidentə təqdim edilib

Kirman cinayətkarlarının müəyyən edilməsi və mühakimə olunması ilə bağlı hesabat prezidentə təqdim edilib

 Ayətullah Rəisi Kirmana səfəri zamanı təhlükəsizlik rəsmiləri ilə Kirmanın Şəhidlər Gülzarında baş vermiş terror hadisəsi ilə bağlı görüş keçirib və cinayəti törədənlərin müəyyən edilməsi və mühakimə olunması və aidiyyatı olan bir sıra şəxslərin həbsi ilə bağlı son xəbərlər prezidentə məruzə olunub.

İRNA-nın müxbirinin verdiyi məlumata görə, Ayətullah Seyid İbrahim Rəisi bu cümə səhəri vali və digər əyalət rəsmilərinin qarşılaması ilə Kirmandakı terror hadisəsi şəhidlərinin dəfn və anım mərasimində iştirak etmək üçün bu şəhərə gəlib. O, Şəhid Hacı Qasim Süleymaninin məzarını ziyarət edərək bu şəhidə və bu müqəddəs yerdə uyuyan digər şəhidlərə ehtiramını bildirib.

Prezident həmçinin sübh namazını Kirmandakı Şəhidlər Gülzarında qılıb.

Prezident bu terror aktı nəticəsində xəsarət alanların bəzilərinə baş çəkib, əyalət tibb rəsmiləri və xəstəxana həkimləri ilə söhbətində yaralıların müalicə prosesinin təfərrüatları barədə ona məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =