Kirmanda partlayışların terror olduğu təsdiqlənib
Kirman valisinin təhlükəsizlik məsələləri üzrə müavini mediaya verdiyi müsahibədə Şəhidlər Gülzarı yollarında baş verən 2 partlayışın terror aktı olduğunu təsdiqləyib.
73 şəhid və 170-dən çox yaralının olduğu Təcili Tibbi Yardım tərəfindən təsdiqlənib və bəzi mənbələr şəhid və yaralıların sayının artması ehtimalının olduğunu bildirir.
Kirmanda tibbi resurslar hazır vəziyyətdədir və yaralılar daşınır.