Kişida Bayden ilə Çin və Rusiyaya qarşı sanksiyaları müzakirə edib

Kişida Bayden ilə Çin və Rusiyaya qarşı sanksiyaları müzakirə edib

Yaponiyanın Baş naziri Fumio Kişida və ABŞ Prezidenti Cozef Bayden ikitərəfli görüşdə Ukrayna ətrafındakı vəziyyəti, Rusiyaya qarşı sanksiyaları və Çinlə bağlı məsələləri müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hər iki lider “G7” və digər həmfikir ölkələrlə sıx əməkdaşlıqda Rusiyaya qarşı sərt sanksiyaları və Ukraynaya güclü dəstəyi saxlamağa razılaşıblar.

Bundan əlavə, Kişida və Bayden ümumi problemlərin həllində Çinlə əməkdaşlığın vacibliyini bir daha təsdiqləyiblər: “İki lider, həmçinin Tayvan boğazında sülh və sabitliyin vacibliyini bir daha təsdiqləyib və problemlərin sülh yolu ilə həllinə çağırıblar”.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + twelve =