KİV: Əmmandakı görüş Suriyanın Ərəb Liqasına qayıtmasına yol açır
“Əmmandakı görüş Suriyanın Ərəb Liqasına qayıtmasına yol açır”.
APA xəbər verir ki, bunu TASS-ın müxbirinə diplomatik mənbə bildirib.
Məlumata əsasən, Misir, İordaniya, İraq, Səudiyyə Ərəbistanı və Suriyanın XİN rəhbərləri Əmmanda keçirilən görüşdə Ərəb Dövlətləri Liqası tərəfindən Suriya böhranının siyasi həllinə yardımı nəzərdə tutan yol xəritəsi ilə bağlı razılığa gəliblər.
Əmmandakı görüşün ən mühüm nəticəsi Suriyanın iqtisadi blokadasını aradan qaldırmaq məqsədilə Dəməşq və Ərəb dördlüyü (Misir, İordaniya, İraq və Səudiyyə Ərəbistanı) arasında siyasi nizamlanma istiqamətində addımların koordinasiyasına dair razılaşma olacaq.
Ərəb ölkələrinin Suriyanın müharibədən sonrakı bərpasına töhfə verməyi öhdəsinə götürməsi də gözlənilir.
Apa.az