KİV: ABŞ Çinin Tayvana mümkün hücumu ilə bağlı plan hazırlayıb
“ABŞ Çinin Tayvana mümkün hücumundan ehtiyat edir və bu səbəbdən də bir sıra ssenarilər hazırlayıb. Həmin ssenarilərin hazırlanmasında Yaponiya da iştirak edib”.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrinə istinadən məlumat yayıb.
KİV-in məlumatına görə, Vaşinqton Tokionu fəal olmağa və məsələn, adanın yaxınlığında “Çin sualtı qayıqlarının ovuna” qatılmağa çağırış edib. Lakin indiyədək ABŞ Yaponiyanın razılığını ala bilməyib”, – nəşr aydınlıq gətirib.
Eyni zamanda, ABŞ və Yaponiya təchizat marşrutları, raket yerləri və qaçqınların təxliyə planlarını müzakirə edirlər. Yaponiya, lazım gələrsə, ABŞ ordusuna yanacaq və digər materiallar verməklə onlara dəstək olmağa hazırdır.
Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden qeyd etmişdi ki, “Pekin Tayvana hücum edərsə, ABŞ müdaxilə edəcək” deyib. Məlumata görə, ABŞ Yaponiyadakı hərbi bazalarından istifadə edə bilər.
Report.az