KİV: ABŞ NATO müttəfiqinə qarşı müharibə elan edib

KİV: ABŞ NATO müttəfiqinə qarşı müharibə elan edib

“ABŞ Türkiyəyə qarşı sözsüz və elan edilməmiş müharibə vəziyyətindədir”.

“Report” xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzetinin yazarı Tamer Qorxmaz məlumat verib.

Müəllif ABŞ hərbçilərinin PKK yaraqlılarına müntəzəm olaraq təlimlər keçməsinə qəzəblənib: “Onlar Türkiyənin deyil, PKK-nın müttəfiqi olduqlarını göstərirlər!”.

Onun sözlərinə görə, ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Ceff Dennis bu yaxınlarda “Suriyanın şimalında təlim keçdiyi” terrorçuların “buraxılış” mərasimində iştirak edib.

“Türkiyə əslində onun strateji müttəfiqi olan ABŞ-la “gizli”, sözsüz, elan edilməmiş müharibə vəziyyətindədir! Bu şərtlər daxilində ABŞ-la “yeni dövr” ola bilməz”.

Bundan əlavə, o, adanın bufer zonasında BMT sülhməramlıları ilə kipr türkləri arasında baş verən toqquşmadan sonra ABŞ-ı “USS Ramage” esminesini Kipr sahillərinə göndərdiyinə görə qınayıb. Həmçinin, onun qəzəbinə ABŞ Dövlət Departamentinin 2024-cü ildə ABŞ-ın Kiprə silah embarqosu tətbiq etməyəcəyi barədə bəyanatı səbəb olub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − three =