KİV: ABŞ Ukraynaya kasetli sursatların yeni partiyasını ötürmək niyyətindədir

KİV: ABŞ Ukraynaya kasetli sursatların yeni partiyasını ötürmək niyyətindədir

ABŞ yaxın vaxtlarda Ukraynaya kaset sursatlarının yeni partiyasını ötürmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin “Nyu-York Times” nəşri yazıb.

Bildirilib ki, Kiyevin bu silahlara ehtiyacı getdikcə daha az olacaq. Çünki lazımi tələbat ödəniləcək.

Kasetli sursatların yeni partiyasının Ukraynaya veriləcəyi dəqiq tarix açıqlanmayıb.

Xatırladaq ki, Ukrayna bu il iyulun 20-də kasetli sursatlardan istifadə etməyə başlayıb.

2010-cu ildə kasetli sursatlar haqqında konvensiya qüvvəyə minib. Bu sənəd tərəflər və ya imzalayan 123 dövlətdə onların istifadəsini, istehsalını və yığılmasını qadağan edir. 123 ölkə sənədi ratifikasiya edib. Rusiya, ABŞ və Ukrayna bu siyahıya daxil deyil.

ABŞ-nin nüfuzlu “Vaşinqton Post” nəşri daha əvvəl bildirmişdi ki, bu silahlar əks-hücum əməliyyatlarına ciddi töhfə verə bilər.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =