KİV: ABŞ və İran məhbus mübadiləsi ilə bağlı razılığa gəlib

KİV: ABŞ və İran məhbus mübadiləsi ilə bağlı razılığa gəlib

ABŞ və İran bir neçə iranlı məhbusun azad edilməsi və Tehranın dondurulan 6 milyard dollarlıq aktivlərini əldə edilməsi qarşılığında beş Amerika vətəndaşını vətənlərinə qaytarmaq barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Razılaşmanın ilk addımı olaraq İran hakimiyyəti ev dustaqlığında olan 4 ABŞ vətəndaşını həbsxanadan Tehrandakı otelə köçürüb. Bundan əvvəl daha bir amerikalı qadın ev dustaqlığına buraxılmışdı.

Amerikalılar vətənlərinə qayıtdıqdan sonra ABŞ hakimiyyəti sanksiyalar rejimini pozduqlarına görə cəza çəkən bir neçə iranlını azad edəcək. Bundan əlavə, Vaşinqton Tehranın neft satışından aldığı təxminən 6 milyard dolları qaytaracaq. Bu vəsaitin humanitar xərclərin ödənilməsinə yönəldiləcəyi gözlənilir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =