KİV: Ağ Ev tezliklə ABŞ və Çin liderlərinin telefon danışığının baş tutacağını gözləyir

KİV: Ağ Ev tezliklə ABŞ və Çin liderlərinin telefon danışığının baş tutacağını gözləyir

Ağ Ev tezliklə ABŞ və Çin liderlərinin telefon danışığının baş tutacağını gözləyir.

APA xəbər verir ki, bunu “NBC News” televiziya kanalı ABŞ administrasiyasındakı yüksək rütbəli mənbələrinə istinadən bildirib.

Məlumata görə, ABŞ və Çin hökumətləri arasında danışıqlar həmişəki kimi səfirliklər vasitəsilə davam etdirilir.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosinin ötən il avqustun əvvəlində Tayvana səfərindən sonra ABŞ və Çin arasında münasibətlər nəzərəçarpacaq dərəcədə soyuyub.

ABŞ üzərində səmada Çinə məxsus aerostatın görünməsi və sonradan vurulması ilə bağlı insident ölkələrarası gərginliyi daha da artırıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + nineteen =