KİV: Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb.
Bu iddia ilə “Bloomberg“ çıxış edib.
Bildirilib ki, buna rəsmi Ankaranın müvafiq müraciəti səbəb olub.
Qeyd edək ki, hər iki lider arasında sonuncu görüş NATO-nun ötən ilin iyulundakı Vilnüs sammitində baş tutub.