KİV: “Fransa erməniləri yenidən təxribata çəkir, Cənubi Qafqazda gərginliyi artırır”

KİV: “Fransa erməniləri yenidən təxribata çəkir, Cənubi Qafqazda gərginliyi artırır”

Fransa prezidenti Emmanuel Makron İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında yaşanan hər gərginlikdə İrəvanın tərəfində çıxış etməkdə davam edir.

“Report” xəbər verir ki, bunu Türkiyənin “Yeni şafak” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, Fransa Birinci Qarabağ müharibəsində də Ermənistana dəstək verməsi ilə yadda qalıb: “2020-ci ildə Ermənistan Türkiyənin İdlib və Liviyadakı müharibədə fəal iştirakından istifadə edərək yenidən Azərbaycana hücum edib. Azərbaycan Ordusu əks-hücumla həm Ermənistanın təxribatlarına cavab verdi, həm də öz doğma torpaqlarını erməni işğalından azad etdi. Ermənistanı açıq şəkildə müharibəyə təhrik edənlər sırasında Fransa da vardı, onun məğlubiyyətində payı var. İkinci Qarabağ müharibəsi Ermənistan üçün böyük məğlubiyyətdir, ancaq Azərbaycan və Türkiyə nəticənin ağlabatan səviyyədə saxlanmasına, yeni düşmənçilik törətməməsinə diqqət yetirdilər”.

Məqalədə Fransanın Qarabağda yaşayan ermənilərə yardım göndərməsinə də toxunulub: “Fransa açıq şəkildə Azərbaycan ərazisinə daxil olmaq və İkinci Qarabağ müharibəsinin nəticələrini öz xeyrinə dəyişmək istəyir. Azərbaycan tərəfinin yardım maşınları ilə bağlı açıqlamaları da məntiqlidir. Bildirilib ki, Azərbaycan öz ərazisində yaşayan insanlara onların tələblərinə uyğun yardım göstərə bilər. Fransa isə humanitar yardım məqsədinə uyğun hərəkət etmir. Emmanuel Makron Parisin maraqları üçün Ermənistanın xeyrinə siyasi məqsədlər güdür. Bu, Cənubi Qafqazda hərbi və siyasi gərginliyi artırır”.

Məqalədə o da qeyd edilib ki, Fransa Cənubi Qafqazda erməniləri yenidən təxribata çəkməklə fürsət axtardığını nümayiş etdirdi.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 4 =