KİV: Hakim Assanjın azadlığa buraxılması üçün vəsatəti təsdiqləyib

KİV: Hakim Assanjın azadlığa buraxılması üçün vəsatəti təsdiqləyib

ABŞ-nin Saypan (Şimali Mariana Adaları Birliyi) adasındakı Federal Dairə Məhkəməsinin hakimi “WikiLeaks”in qurucusu Culian Assanjın azadlığa buraxılması ilə bağlı razılaşmanın bir hissəsi kimi onun günahını qismən etirafını qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Nəşr qeyd edib ki, baş hakim Ramona Menqlona təqsirkarlıq iddiasını qəbul edib. Assanj əvvəllər Amerikanın hərbi sirlərinin dərci ilə bağlı təqsirini etiraf edib. ABŞ Ədliyyə Nazirliyi ilə razılaşmanın şərtlərinə görə, bu, onun azadlığa buraxılmasını təmin etməlidir.

Nəşrin məlumatına görə, daha sonra hakim iclasda 20 dəqiqəlik fasilə elan edib. Qəzet yazır ki, Assanjın vəkilləri onu “təbrik etmək üçün görünürdülər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − two =