KİV: İran XİN rəhbəri gələn həftə Pakistana səfər edəcək

KİV: İran XİN rəhbəri gələn həftə Pakistana səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian gələn həftə Pakistana rəsmi səfər edəcək.

APA xəbər verir ki, bu barədə Pakistanın “The Nation” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İranın xarici işlər naziri avqustun 3-də Pakistana iki günlük səfər edəcək. Abdullahian 3-4 avqust tarixlərində Pakistan rəsmiləri ilə görüşlər keçirəcək.

Səfər çərçivəsində İran və Pakistan XİN rəhbərlərinin görüşü, mətbuata birgə bəyanatı nəzərdə tutulur.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =