KİV: Misir Qəzzada müvəqqəti atəşkəsə razılıq verməsi üçün HAMAS-a təzyiq edəcək

KİV: Misir Qəzzada müvəqqəti atəşkəsə razılıq verməsi üçün HAMAS-a təzyiq edəcək

Misir Qəzzada müvəqqəti humanitar atəşkəsə razılıq verməsi üçün HAMAS-a təzyiq edəcək.

Bu barədə Fələstinin “Quds” xəbər agentliyi Misir rəsmilərinə istinadən yazıb.

Xəbər agentliyi bildirib ki, girovların azad edilməsinə dair mümkün razılaşma ilə bağlı danışıqlar aparmaq üçün Qahirədə olan HAMAS-ın siyasi qanadının lideri İsmayıl Haniyə tam atəşkəs tələb edir, lakin İsrail tərəfi bəyan edib ki, HAMAS tamamilə darmadağın edilənə qədər döyüşləri dayandırmayacaq.
Xəbər saytı bildirir ki, “İslami Cihad” hərəkatı da atəşkəsi qəbul etmək üçün təzyiqə məruz qalacaq. Hərəkat lider Ziad əl-Nəxalənin yaxın günlərdə Misirə səfər gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 9 =