KİV: MKİ, “Mossad” rəhbərləri və Qətərin Baş naziri Parisdə Qəzza ilə bağlı danışıqlar aparacaq
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns, İsrail kəşfiyyat xidmətinin (Mossad) rəhbəri David Barnea və Qətərin Baş naziri Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani Qəzza zolağında atəşkəs əldə edilməsi məsələsi ilə bağlı Parisdə görüşəcəklər.
Bu barədə “X” sosial şəbəkəsində “Axios” portalının müxbiri Barak Ravid adı açıqlanmayan amerikalı məmura istinadən məlumat verib.
Mənbələrin bildirdiyinə görə, Börns həmçinin Misirdəki həmkarıyla da HƏMAS ilə yeni razılaşma əldə etmək imkanları üzrə əlaqə saxlayır.