KİV: “Myanmada müxalifətçilərə hava zərbəsi endirilib, 100-ə yaxın insan ölüb”

KİV: “Myanmada müxalifətçilərə hava zərbəsi endirilib, 100-ə yaxın insan ölüb”

Myanma hərbçilərinin ölkənin şimalındakı Sikayn bölgəsindəki bir kəndə endirdiyi hava zərbələri nəticəsində 100-ə yaxın insan həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” (AP) öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, zərbələr hakimiyyət əleyhdarları tərəfindən təşkil edilən mərasim iştirakçılarına endirilib. Agentliyin məlumatına görə, ölənlər arasında çoxlu uşaq da var.

AP qeyd edib ki, ilkin məlumatlarda ölənlərin sayı 50-yə yaxındır, lakin sonradan müxalifətyönümlü medianın yaydığı hesablamalara görə bu rəqəm 100-ə yaxındır. Agentliyin soruşduğu şahidlərin sözlərinə görə, təyyarə səhər saatlarında müxalifət hərəkatının yerli ofisinin açılışına toplaşan izdihamın üzərinə bombalar atıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 5 =