KİV: Rusiya silah istehsalını artırıb

KİV: Rusiya silah istehsalını artırıb

Rusiya sənayesi son bir ildə ilk dəfə olaraq Ukraynaya qarşı müharibə səbəbindən xərclərin artması fonunda hərbi istehsal ilə əlaqəli sektorun yüksəlməsi sayəsində gözlənilmədən artım nümayiş etdirir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Nəşr qeyd edir ki, mart ayında Rusiya Federasiyasının sənaye istehsalı ötən illə müqayisədə 1,2% artıb, iqtisadçılar isə bu göstəricinin 1,4% azalacağını proqnozlaşdırırdılar.

Məlumata görə, dağ-mədənçilik və faydalı qazıntılar hasilatı 3.6 % azalıb, silah və sursat da daxil olmaqla hazır metal məhsullarının istehsalı 30% artıb.

Artım, həmçinin, aviasiya və raket mühərrikləri üçün hissələri, optik cihazları və digər sistemləri də əhatə edən kompüter, elektron və digər yüksək texnologiya məhsullarının istehsalını da yan keçməyib. Bu sahədə 23 %-lik yüksəlmə qeydə alınıb.

Bloomberg bildirir ki, döyüş maşınları, təyyarələr və gəmilərin də daxil digər nəqliyyat vasitələrinin istehsalı 10%-dən çox artıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − eleven =