KİV: “Yaponiyada quş qripi səbəbiylə 150 min toyuq məhv ediləcək”
Yaponiyanın şimalındakı Hokkaydo prefekturasının səlahiyyətliləri quş qripi epidemiyası səbəbindən yerli fermada 150 minə yaxın toyuğu məhv edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, səlahiyyətlilər bölgədə infeksiyanın yaranma səbəbini müəyyən etmək üçün yoxlama da aparacaqlar.
Bu epidemiya cari mövsümdə sayca beşinci olub. Bundan əvvəl Yaponiyada 1,8 milyona yaxın toyuq məhv edilib. Hokkaydodan başqa, yoluxma ocaqları ölkənin şərqindəki İbaraki və qərbindəki Okayama prefekturalarında da aşkar edilib.
Report.az