Koalisiya təyyarələri tərəfindən Suriya hava məkanının pozulması davam edir

Koalisiya təyyarələri tərəfindən Suriya hava məkanının pozulması davam edir

Suriyadakı Rusiya Barışıq Mərkəzinin müavini Amerika koalisiyasının bu ölkədə təhlükəli uçuşlarının davam etməsinə işarə edərək, “Cəbhətun-Nusra” terrorçularının Suriya hökumət qüvvələrinin mövqelərini 6 dəfə atəşə tutduqlarını bildirib.

Rusiyanın Suriyadakı Döyüşən Tərəflərin Barışıq Mərkəzi çərşənbə axşamı axşam saatlarında ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın döyüş təyyarələrinin Suriyanın hava məkanını yenidən pozduğunu açıqlayıb.

Bu mərkəzin komandirinin müavini Vadim Kolit mətbuat konfransı zamanı bildirib ki, son iyirmi dörd saat ərzində Amerika koalisiyasının hərbi hava qüvvələri razılaşdırılmamış uçuşlar edərək Suriya səmasında münaqişənin qarşısının alınması protokollarını 25 dəfə pozub.

Rusiya Müdafiə Nazirliyinin saytının məlumatına görə, Kolit bunu belə izah edib: “ABŞ-ın rəhbərlik etdiyi qondarma antiterror koalisiyası Suriya səmasında təhlükəli vəziyyətlər yaratmağa və münaqişənin həlli protokollarına zidd uçuşlar həyata keçirməyə davam edir.”

Onun sözlərinə görə, Amerika koalisiyasının Suriya səmasında yaratdığı bu təhlükəyə pilotsuz təyyarələr tərəfindən 12, koalisiya qırıcıları tərəfindən isə 13 dəfə hava məkanı pozuntusu daxildir.

Çıxışının başqa bir hissəsində bu rusiyalı hərbçi bəyan edib ki, Suriya Ərəb Respublikasında münaqişənin sülh yolu ilə həlli və Suriya vətəndaşlarına dinc həyatın bərpası üçün hərtərəfli yardımın göstərilməsi məqsədilə fəaliyyətlər davam edir.

Sputnik-in məlumatına görə, Kolit həmçinin bildirib ki, Rusiya hərbçiləri Suriyada döyüşən tərəflər arasında atəşkəs razılaşmalarına əməl olunmasına nəzarəti davam etdirirlər.

Onun sözlərinə görə, son 24 saat ərzində “Cəbhətun-Nusra” terror qruplaşmasının qalıqları Suriya hökumət qüvvələrinin İdlib və Latakiya əyalətlərindəki mövqelərini 6 dəfə atəşə tutub, nəticədə 2 suriyalı hərbçi yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 1 =