Kolumbiyada hərbi baza yaxınlığında avtomobil partladılıb, ölənlər və yaralananlar var

Kolumbiyada hərbi baza yaxınlığında avtomobil partladılıb, ölənlər və yaralananlar var

Kolumbiyanın Arauka departamentində yerləşən Naranjitos hərbi bazası yaxınlığında partlayıcı maddələrin olduğu avtomobil partladılıb.

“Report” xəbər verir ki, bunu departamentin qubernatoru Uilinqton Rodriqes Benavides tviter səhifəsində yazıb.

“Tame bələdiyyəsindən San-Salvador istiqamətində yola düşən zaman partlayıcı maddə olan avtomobil Naranjitos hərbi bazasına çatmamış partlayıb. Nəticədə avtomobildə olan 2 nəfər ölüb, 4 hərbçi yaralanıb. Yaralananların vəziyyəti stabildir”, – o bildirib.

Qubernatorun sözlərinə görə, hazırda bu terror aktının təşkilatçıları barədə məlumat yoxdur.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 11 =