Kolumbiyada silahlı qarşıdurmada 10 nəfər ölüb

Kolumbiyada silahlı qarşıdurmada 10 nəfər ölüb

Kolumbiyanın qərbində baş verən silahlı qarşıdurmada üsyançı “Milli Azadlıq Ordusu” qrupunun doqquz üzvü və azı bir əsgər həlak olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələri tviter səhifəsində məlumat yayıb.

Qeyd olunub ki, hadisə hərbçilər tərəfindən aşkar edilən üsyançı qrupun düşərgəsində baş verib.

Xatırladaq ki, “19 Aprel Hərəkatı”ndan keçmiş üsyançı Qustavo Fransisko Petro Urreqo Kolumbiyada hakimiyyətə gəldikdən sonra hökumətlə “Milli Azadlıq Ordusu” arasında altı ay müddətinə atəşkəs bağlanıb, lakin sonradan üsyançılar atəşkəs razılaşmasından çıxdıqlarını bəyan ediblər.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 7 =