Koreya Yaşıl İqlim Fonduna 300 milyon dollar ayıracaq

Koreya Yaşıl İqlim Fonduna 300 milyon dollar ayıracaq

Koreya Respublikasının Prezidenti Yun Sok Yol Hindistanda keçirilən “Böyük iyirmilik” (G20) sammitinin sessiyası zamanı Yaşıl İqlim Fonduna (Green Climate Fund) 300 milyon ABŞ dolları ayırmağı planlaşdırdığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Biz inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə uyğunlaşmaq və istixana qazlarının emissiyalarını azaltmağa yardım etmək məqsədilə Yaşıl İqlim Fonduna əlavə olaraq 300 milyon ABŞ dollar ianə etməyi planlaşdırırıq”, – o deyib.

Cənubi Koreya bu fonda artıq iki dəfə pul ianə edib: 2013-cü ildə 100 milyon ABŞ dolları və 2020-ci ildən 2023-cü ilə qədər olan dövrdə 200 milyon ABŞ dolları.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =