Koronavirusun uşaqlar arasında yayılan yeni variantının əlamətləri açıqlandı
Dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus mutasiyaya uğrayaraq yayılmağa davam edir. Bu yaxınlarda bir çox ölkədə, xüsusən də Hindistanda koronavirusun yeni variantı ortaya çıxıb.
Bildirilir ki, “Omikron”un yeni variantı “arcturus”, xüsusilə uşaqlarda müşahidə olunan yeni bir əlaməti ilə gəlib. Yeni ştammın atipik əlaməti hərarət və öskürəklə yanaşı, pasiyentlərin “qaşınan” konyunktivitdən də əziyyət çəkməsidir.
Araşdırmalar göstərir ki, “arcturus” əvvəlki “kraken” variantından 1,2 dəfə daha yoluxucu ola bilər.
Hindistanda yeni ştamm 14 gün ərzində infeksiyaların təxminən 281% artmasına səbəb olub. Artıq Haryana və Kerala ştatları ictimai yerlərdə maska taxmağı yenidən tətbiq ediblər.
Hindistanın Səhiyyə Nazirliyi, hətta bu həftə xəstəxanaların mümkün xəstə axınına hazırlığını yoxlamaq üçün göstəriş verib.
Ümumdünya Səhiyyə Təşkilatı, öz növbəsində, diqqətini “arcturus” üzərində cəmləyib.
Mənbə: Haber Global