Kreml: Putin-Kim Çen In danışıqlarında Şoyqu da iştirak edəcək

Kreml: Putin-Kim Çen In danışıqlarında Şoyqu da iştirak edəcək

Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Inla danışıqlarında iştirak edəcək.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya və Şimali Koreya müdafiə nazirlərinin ayrıca danışıqları planlaşdırılmır.

Qeyd edək ki, Kim Çen In Putinlə görüşmək üçün Vladivostoka səfər edib. Şimali Koreya lideri Pxenyandan qatarla Vladivostoka gəlib. Qərb mətbuatında Rusiya ilə Şimali Koreya arasında hərbi-texniki sahədə əməkdaşlığın mövcud olduğunu və Pxenyanın Moskvaya Ukrayna müharibəsində hərbi-texniki yardım etdiyinə dair məlumatlar yayılıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − two =