Kremldən NATO baş katibinin Bakı səfərinə təpki: “Görürük ki…”

Kremldən NATO baş katibinin Bakı səfərinə təpki: “Görürük ki…”

NATO-nun təsirini genişləndirmək cəhdləri Cənubi Qafqazda sabitliyi artırmayacaq.Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“NATO-nun Cənubi Qafqazda mövcudluğunu gücləndirmək istəyi bizə yaxşı məlumdur. Bunu açıq gözlə görmək olar. Həmçinin belə bir anlayış da var ki, NATO-nun təsir imkanlarını genişləndirmək cəhdləri Cənubi Qafqazda sabitliyi və vəziyyətin proqnozlaşdırıla bilən olmasını gücləndirə bilməz. Həmin təmaslar Cənubi Qafqaz dövlətlərinin suveren hüququdur. Diqqətlə izləyirik, əsasən özümüzü ikitərəfli münasibətlərimiz və tərəflərin malik olduğu əməkdaşlıq vasitələrinə yönəltmək niyyətindəyik”, – Peskov bildirib.

NATO baş katibi martın 17-18-də Azərbaycanda səfərdə olub, o, bundan sonra Gürcüstan və Ermənistana yollanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 12 =