Kubada iqtisadi problemlərə görə ənənəvi 1 May paradı ləğv edilib

Kubada iqtisadi problemlərə görə ənənəvi 1 May paradı ləğv edilib

Kubanın kommunist hökuməti 64 ildə ilk dəfə ənənəvi 1 May paradını ləğv edib. Səbəb iqtisadi problemlər və kəskin yanacaq çatışmazlığıdır.

APA-nın xəbərinə görə, hər il yüz minlərlə insan mayın 1-dək İnqilab meydanındakı paradda iştirak etmək üçün avtobuslarla ölkənin paytaxtı Havanaya gəlir. Lakin bu il bayram ləğv edilib. Son həftələr ölkədə yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb və sürücülər bir neçə gündür yanacaq gözləyirlər.

Bundan əvvəl 2020 və 2021-ci illərdə pandemiya və kütləvi toplantıların qadağan edilməsi səbəbindən parad ləğv edilmişdi. Lakin 2022-ci ildə yenidən keçirildi.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 7 =