Kuleba Blinkendən ABŞ-ın Ukraynaya yardımını davam etdirməsini istəyib

Kuleba Blinkendən ABŞ-ın Ukraynaya yardımını davam etdirməsini istəyib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında Kiyevə yardımın davam etdirilməsini istəyib.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ukraynalı nazir yardım çərçivəsində hava hücumundan müdafiə vasitələri və artilleriya sursatlarının göndərilməsini də istəyib.

“XİN rəhbəri ABŞ və beynəlxalq ictimaiyyətin Ukraynaya davamlı dəstəyinin, o cümlədən hava hücumundan müdafiə və artilleriya sursatının zəruriliyini və aktuallığını vurğulayıb”, – deyə nazirlikdən bildirilib.

Qurumun məlumatına görə, tərəflər ABŞ-dan Ukraynaya ehtiyac duyulan dəstək paketini təsdiq etməyin perspektivlərini müzakirə ediblər. Kuleba və Blinken NATO-nun Vaşinqton sammitinin gözlənilən nəticələri barədə də fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + three =