Kür çayının suyu bu səbəbdən azaldı – Video
Kür çayının aşağı axınında suyun kəskin azalması müşahidə olunur. Son 10 gündə Sabirabad, Salyan və Neftçala rayonlarının ərazisində Kürün aşağı axınında suyun səviyyəsinin kəskin azalması bəzi problemlər yaradıb. Hazırda pambıq, qarğıdalının ikinci əkini, yonca və bostan məhsullarının suvarılması aparılır. Kürdə suyun səviyyəsinin aşağı düşməsi su nasoları üçün ciddi problem yaratdığından sahələrin suvarılması çətinləşib. Belə ki, səviyyənin aşağı düşməsi səbəbindən su nasoları suyu çəkib sahələrə vura bilmir.
Bu günə olan məlumata görə, vəziyyət qismən düzəlməyə doğru gedir. Eyni zamanda 2 gün havaların yağışlı keçməsi qısa müddətli imkanlar yaradır. Yalnız Sabirabad rayonu ərazisində Kür çayında 120-dən çox su nasosu fəaliyyət göstərir, eləcə də Salyan və Neftçala rayonlarında da xeyli nasos qurğuları var. Nasosaların bir çoxu üzən pantonlar üzərində qurulub. Çayda suyun səviyyəsinin aşağı düşməsi su qurğularını lilə otuzdurub. Belə vəziyyətdə nasolsar suyu çəkə bilmir. Məsələ ilə əlaqədar aqrar elmləri doktoru, ekoloq Mehman Rzayevlə əlaqə saxladıq.
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev mövzu ilə bağlı sualımıza yazılı cavab verib. Baş hidroloq bildirib ki, iyulun 17-də yağan intensiv yağışlar nəticəsində Böyük Qafqazın cənub yamacından axan Türyançay və Göyçay çaylarında sululuğun xeyli artması nəticəsində həmin çayların birləşməsindən yaranan və Zərdab rayonu ərazisində Kür çayına tökülən Qarasuçayda sululuq xeyli artmış və bu da Kür çayının səviyyəsinin artmasına öz təsirini göstərmişdir. Belə ki, bu gün Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 50 sm, Kür-Surrada (Sabirabad) 24 sm, Kür-Şirvanda isə 12 sm artım müşahidə olunub. Onun sözlərinə görə, yaxın günlərdə Kürün aşağı axınında da suyun səviyyəsinin artması gözlənilir.
Apa.az