Lapid: Netanyahu dəlidir və onun getməsi lazımdır

Lapid: Netanyahu dəlidir və onun getməsi lazımdır

Sionist rejim (Knesset)  müxalifət koalisiyasının sədri baş nazir və ABŞ prezidenti arasındakı konfliktin İsrail üçün təhlükə yaratdığından söz açıb.

İRNA-nın bu günkü (28 fevral) məlumatına əsasən, Yair Lapid deyib: 7 oktyabrdan sonra ABŞ prezidenti ilə konflikt Benyamin Netanyahunun məsuliyyətsizliyi üzündən baş verdi. Netanyahu dəlidir və onun getməsi lazımdır.

Lapid həmçinin vurğulayıb: Netanyahu cinayətkar və məsuliyyətsizdir və bizim tezliklə seçkilərə tərəf yönəlməmiz zəruridir.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Nyu Yorkda jurnalistlərə Qəzzada günahsız insanların öldürülməsi İsrailə beynəlxalq dəstəyi azalda biləcəyi barədə xəbərdarlıq etmişdi.

Baydenin bəyanatına cavab olaraq Netanyahu da ABŞ ictimaiyyətində İsrailə dəstək yüksək olmaqda davam etdiyini demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =