Lapid: Netanyahu istefaya getməlidir

Lapid: Netanyahu istefaya getməlidir

İsrail müxalifət partiyasının sədri baş nazir Benyamin Netanyahudan istefa verməsini tələb edib.

İRNA-nın məlumatına əsasən, Yair Lapid bu gün (25 aprel) X sosial media hesabında yazıb: Netanyahu İsrailin təhlükəsizliyi naminə istefa verməlidir.

Əvvəllər bu rejimin hərbi kəşfiyyat təşkilatının rəhbərinin istefasını “ləyaqətli hərəkət” adlandıran sionist rejim müxalifətinin rəhbəri həmçinin yazıb: Netanyahunun kabineti Fələstin müqavimətinə məğlub olduğu üçün həyatımızdan çıxarılmalıdır.

Bundan əvvəl də Yair Lapid çıxış edərək İsrailin hərbi kəşfiyyat təşkilatının rəhbərinin istefasını haqlı və layiqli hərəkət adlandırmış,  Netanyahunun da istefa verməsini istəmişdi.

Sionist rejimin hərbi kəşfiyyat təşkilatının rəhbəri Aharon Haliva Qəzzada müharibənin başlamasından sonra istefa verən ilk yüksək rütbəli hərbçidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 7 =