Latakiya və Tartusda Əl-Colaniyə qarşı nümayişlər

Latakiya və Tartusda Əl-Colaniyə qarşı nümayişlər

Suriyalı etirazçılar Suriyanın cənubunda Sveydada nümayişlər keçirdikdən sonra qərb bölgələri olan Latakiya və Tartusda  da hökumətə qarşı nümayiş keçiriblər.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Suriyanın qərbi, o cümlədən Latakiya və Tartus şəhərlərinin əhalisi dünən axşam (5 mart) əl-Culani ləqəbli “Əhməd əş-Şaraa”nın başçılıq etdiyi yeni Suriya hökumətinin siyasətlərinə qarşı nümayiş keçiriblər.

Suriya xəbər mənbələrinin məlumatına görə, Suriyanın Latakiya və Tartus şəhərlərindən yüzlərlə insan Dəməşq hökmdarlarına və ona bağlı ünsürlərin Suriyanın qərbindəki hücumlarına qarşı nümayiş keçirib. Əl-Colaniyə bağlı ünsürlər ələviləri sıxışdırmaq siyasətini davam etdirərək, Latakiyaya şiddətli hücumlar həyata keçirib və yerli ünsürlərin də güclü müqaviməti ilə üzləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − six =