Lavrov: BRİKS alternativ ödəniş sistemləri layihələndirir

Lavrov: BRİKS alternativ ödəniş sistemləri layihələndirir

Rusiyanın Xarici İşlər naziri beynəlxalq BRİKS telekanalına müsahibəsində bildirib ki, BRİKS ölkələri dolları əvəz edəcək təhlükəsiz ödəniş sistemləri hazırlayır.

Sergey Lavrov vurğulayıb ki, dollarizasiya və təhlükəsiz ödəniş sisteminin yaradılması məsələsi Kazan sammitində və Rusiya Maliyyə Nazirliyi və Mərkəzi Bankının iclaslarında müzakirə olunub və gündəmdədir.

“Bu planın layihəsi hazırlanıb, lakin hələ yekunlaşdırılmayıb. Bununla belə, bu layihə həm də etibarlı, sabit və uzunmüddətli sistemlər yaratmağa imkan verir”- deyə, Lavrov əlavə edib.

O deyib: “ABŞ dollarının qlobal iqtisadiyyatda getdikcə daha çox hücum silahı kimi istifadə olunduğuna diqqət etməklə, ABŞ-ın öz qlobal hegemonluğunu saxlamaq üçün hərəkətləri qarşısında iqtisadi təhlükəsizliyi təmin etmək üçün paralel sistem lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 12 =