Lavrov: “Türk axını”nı partlatmaq cəhdlərinə dair Rusiyada məlumatlar var

Lavrov: “Türk axını”nı partlatmaq cəhdlərinə dair Rusiyada məlumatlar var

“Türk axını” qaz kəmərini partlatmaq cəhdlərinə dair Rusiyada məlumatlar var.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

G20 liderlərinin Hindistanda keçiriləcək sammitində iştirak etmək üçün Nyu-Dehlidə səfərdə olan Rusiya XİN başçısı “Türk axını” və “Mavi axın” qaz kəmərlərini Qara dənizdə partlatmaq cəhdləri ilə bağlı ölkəsində məlumatların olduğunu söyləyib.

Bundan əlavə, Lavrov Rusiyanın enerji infrastrukturunu qoruyan mülki və hərbi gəmilərinə Ukraynanın hücum etmək üçün Qara dənizdəki humanitar dəhlizlərdən istifadə etdiyini qeyd edib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 9 =