Lavrov: “Yaponiya və Cənubi Koreyada nüvə silahları yerləşdirmək planı təhlükəlidir”

Lavrov: “Yaponiya və Cənubi Koreyada nüvə silahları yerləşdirmək planı təhlükəlidir”

“Yaponiya və Cənubi Koreyada nüvə silahları yerləşdirmək planları təhlükəli addımdır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O söyləyib ki, Tokio və Seul öz nüvə silahlarını əldə etməyə və ya öz ərazilərində ABŞ silahlarını yerləşdirməyə hazır olduqlarına eyham vururlar. Nazir bu tendensiyanı təhlükəli və ciddi məsələ adlandırıb.

Qeyd edək ki, S.Lavrov Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələrin xarici işlər nazirlərinin bu gün keçiriləcək illik toplantısında iştirak etmək üçün iyulun 12-də Cakartaya gedib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − nine =