Lavrovdan Türkiyə və İranla bağlı SENSASİON AÇIQLAMA: Təxribatdır

Lavrovdan Türkiyə və İranla bağlı SENSASİON AÇIQLAMA: Təxribatdır

“Rusiya və Türkiyə Yaxın Şərqdəki vəziyyətlə bağlı daimi təmasdadır. İstənilən konstruktiv təklifi müzakirə etməyə hazırıq. Bu günlərdə eşitdiyim bu təşəbbüs açıq şəkildə gərginliyi azaltmaq və vəziyyəti normallaşdırmaq istəyi ilə diktə olunur”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin İsrail-Fələstin münaqişəsi ilə bağlı təklif etdiyi “qarant ölkələr” formulunu müzakirə etməyə hazır olduqlarını bəyan edib.

“Daim ünsiyyətdə olduğumuz türk dostlarımızdan bu mövzuda fikir almaq istərdik. Mənə elə gəlir ki, Türkiyənin təşəbbüsü məhz belə bir tarazlığa nail olmaq məqsədi daşıyır. Biz bunu nəzərə almaq üçün əməkdaşlığa hazır olacağıq”, – deyə o, bildirib.

Lavrov İsrail-Fələstin gərginliyi ilə bağlı da qiymətləndirmələr aparıb və münaqişənin regional münaqişəyə çevrilmə riskinin kifayət qədər yüksək olduğunu vurğulayıb:

“Qəzzada böhranın regional problemə çevrilməsi riski çox ciddidir. Rusiya məsələ ilə bağlı Türkiyə ilə əlaqə saxlayır. Qəzzada baş verən insan faciəsinin arxasında İranın dayanması ilə bağlı iddialar təxribatdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − eight =