Lavrovun müavini: ABŞ-Ermənistan təlimlərini narahatlıqla qəbul edirik

Lavrovun müavini: ABŞ-Ermənistan təlimlərini narahatlıqla qəbul edirik

KTMT üzvlərinin müttəfiqləri ilə təlimlər praktikasına riayət etməsi mövqeyindən çıxış edir

Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin müttəfiqləri ilə təlimlər praktikasına riayət etməsi mövqeyindən çıxış edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov sentyabrın 11-dən Ermənistan ərazisində keçiriləcək Ermənistan-ABŞ birgə hərbi təlimlərini şərh edərkən deyib.

“Ermənistan KTMT-də müttəfiqdir, biz müttəfiqlik ruhunda bu ittifaqa üzv olanlarla təlimlərin keçirilməsi praktikasına riayət edilməsindən çıxış etmişik və çıxış edirik. Əlbəttə, biz buna diqqət yetirdik. Erməni müttəfiqlərimizin, Ermənistandakı müttəfiqlərimizin ən ciddi diqqətini ona yönəltdik ki, biz bunu narahatlıq kimi qəbul edirik”, – deyə rusiyalı nazir müavini diplomat əlavə edib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-dən 20-dək ölkə ərazisində Ermənistan və Amerika Birləşmiş Ştatlarının “Eagle Partner-2023” birgə hərbi təlimlərinin keçiriləcəyini açıqlayıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 15 =