“Le Monde”: Ermənistanın Fransaya hərbi müqavilələrin dəyərini necə ödəyəcəyi məlum deyil

“Le Monde”: Ermənistanın Fransaya hərbi müqavilələrin dəyərini necə ödəyəcəyi məlum deyil

Ermənistanın Fransaya bir neçə yüz milyon avroluq hərbi müqavilələri necə ödəyəcəyi məlum deyil.

Bu barədə Fransanın “Le Monde” qəzeti yazıb.

“Bunlar Ukraynaya hərbi yardımda olduğu kimi, silah tədarükü deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdir. Lakin İrəvanın onları necə ödəyəcəyi hələ məlum deyil”, – nəşr qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın müdafiə naziri Fransaya səfər edərək fransalı həmkarı ilə iki ölkə arasında hərbi əməkdaşlığa dair bir neçə sənəd imzalayıb. Fransa müdafiə naziri Lekornu tərəflərin əməkdaşlığa başladığı və ya başlamaq niyyətində olduğu proqramları və sahələri açıqlayıb.
Lekornu üç GM200 radarının Ermənistana tədarük ediləcəyini və “Mistral” hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumunun imzalandığını açıqlayıb. Fransa tərəfi həmçinin Ermənistanın yerüstü hava hücumundan müdafiə sisteminin auditini aparmaq niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =