Litva “AstraZeneca” dərmanı ilə peyvəndlənməyi dayandırır
Litva, İngilis-İsveç şirkəti tərəfindən hazırlanan “AstraZeneca” dərmanı ilə koronavirus əleyhinə peyvəndlənməni dayandırıb.
Bu barədə ölkənin səhiyyə naziri Arunas Dulkis məlumat verib.
“Bu gün Dövlət Dərmanlara Nəzarət Xidmətindən bir tövsiyə aldım. Xidmət, digər AB qurumları kimi “AstraZeneca” ilə peyvəndlənməni dayandırmağı tövsiyə edir”, nazir mətbuat konfrasında bəyan edib.
SalamNews