Livan cəbhəsində daha bir sionist əsgər ölüb
Sionist rejim mediası işğal olunmuş ərazilərin şimalında Livanla həmsərhəd olan toqquşmalar zamanı bu rejimin daha bir əsgərinin ölməsi barədə məlumat yayıb.
Sionist rejimin xəbər mənbələri Livanın islami müqavimət qüvvələri ilə qarşıdurmada bu rejimin daha bir hərbçisinin öldüyü xəbərini yayıb.
Sionist rejim mediası bununla bağlı təfərrüatları açıqlamayıb.
Sionist rejim ordusu cümə axşamı etiraf edib ki, ötən həftələr ərzində quru hücumu və Livan Hizbullahı döyüşçüləri ilə toqquşmalar zamanı bu rejimin quru qüvvələrinin 5 piyada briqadası əsgəri ölüb, daha 16 əsgər isə yaralanıb.
İndiyədək sionist rejim ordusu döyüşlər zamanı 780-dən çox əsgərin öldüyünü etiraf edib.
Sionist rejim həmçinin Qəzzə zolağına qarşı müharibənin başladığı vaxtdan bu rejimin beş mindən çox zabit və əsgərinin yaralandığını, onlardan 277 nəfərinin hələ də müalicə aldığını bildirib.