Livan Hizbullahı 2 sionist qəsəbəsinə raket hücumu etdi

Livan Hizbullahı 2 sionist qəsəbəsinə raket hücumu etdi

Livanın İslami Müqaviməti bu gün (30 aprel) səhər saatlarında işğal olunmuş Fələstinin şimalında 2 sionist qəsəbəyə raketlə hücu etdiyini elan edib.

İRNA-nın məlumatına əsasən,  Hizbullah Hərəkatı sionist rejim qəsəbəsində işğal olunmuş Fələstinin şimalındakı “Dufif” və “Afifim” sionist qəsəbələrini raketlə hədəfə alıb və bu raket hücumlarının sionistlərin Livanın cənubundakı yaşayış məntəqələrinə hücumlarına cavab olduğunu vurğulayıb.

Xatırladaq ki, Livan Hizbullahı dünən (29 aprel) də işğal altındakı Kəfr Şuba yüksəkliklərində sionistlərin hərbi bazaya artilleriya hücumu etdiyindən xəbər vermişdi.

 Ötən il oktyabrın 7-də Əl-Əqsa Tufanı əməliyyatının başlamasından sonra, işğal olunmuş ərazilərin şimalında çoxlu sayda sionist mühacirlər Livan Hizbullahının raket hücumlarından qorxaraq evlərini tərk etmək məcburiyyətində qalıblar. Sionist media xəbər verir ki, bu bölgədə qalan sakinlərin əksəriyyəti psixoloji sarsıntıdadırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × five =