Livan Hizbullahı iki İsrail bazasını hədəfə alıb

Livan Hizbullahı iki İsrail bazasını hədəfə alıb

Livan Hizbullahı bu gün axşam saatlarında (cümə) sionist rejimin Fələstinin şimalındakı iki bazasını hədəfə aldığını elan edib.

İRNA-nın cümə günü verdiyi xəbərə görə, Livan İslami Müqaviməti bir bəyanatda bildirib ki, Qəzza zolağında Fələstin xalqına və onların cəsarətli və şərəfli müqavimətinə dəstək məqsədilə İslami Müqavimət döyüşçüləri cümə günü saat 14:30-da sionist düşmənin “Əl-Manara” bazası ətrafındakı qüvvə və texnikasını müvafiq silahlarla hədəfə alıb.

Hizbullah başqa bir bəyanatında cümə günü axşam saat 16:15-də İslami müqavimət qüvvələrinin sionist rejimin “Kəfr Kala” qəsəbəsi qarşısındakı 430-cu məntəqədəki nəzarət-buraxılış mərkəzini və çoxlu sayda düşməni uyğun silahlarla hədəfə aldığını açıqlayıb.

Sionist mediası həmçinin bir neçə dəqiqə əvvəl ordunun yaralılarını daşıyan helikopterin Nəqibdəki “Soruka” xəstəxanasına eniş etdiyini bildirib.

Sionist mediası cümə axşamı gecəsi sionist rejim ordusunun işğal olunmuş Fələstinin şimalındakı ehtiyat bölməsinin komandirinə istinadən xəbər verir ki, Livan Hizbullahı oktyabrın 7-dən bu yana bu rejimə qarşı 1000-dən çox hücum həyata keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =