Livan Hizbullahı işğalçıların mövqelərinə çoxsaylı hücumlar həyata keçirib

Livan Hizbullahı işğalçıların mövqelərinə çoxsaylı hücumlar həyata keçirib

Livan Hizbullahı işğal altındakı Fələstinin şimalında sionist hərbçilərin bir neçə mövqelərini hədəfə alıb və işğalçıların birbaşa can itkisinə səbəb olub.

Əl-Cəzirə telekanalının məlumatına görə, Livan Hizbullahı cümə günü öz qüvvələrinin artilleriya atəşindən istifadə edərək Bərkə Rişadakı mövqeləri hədəfə aldığını və bunun nəticəsində bir sıra sionist işğalçı qüvvələrin birbaşa hədəfə alındığını elan edib.

Livan Hizbullahı “Bərkan” raketləri ilə Əl-Zuheyə hərbi mövqeyi ətrafında işğalçı qüvvələrin yerləşdiyi yerləri hədəf aldığını və işğalçı qüvvələrə itkilər verdiyini açıqlayıb.

Bununla bağlı Əl-Cəzirə müxbiri xəbər verib ki, işğal olunmuş ərazilərin şimalında İsbəl-Cəlil kimi tanınan ərazidə sionist işğalçıların bazalarına 6 raket atılıb.

Əl-Cəzirə müxbiri əlavə edib: Kiryat Şmona və Yuxarı Qaliley bölgəsində həyəcan siqnalı verilib.

İbrani “Haaretz” qəzeti xəbər verib: Livanın cənubundan işğal olunmuş ərazilərin şimalında yerləşən sionistlərin Kiryat Şmona qəsəbəsinə doğru səkkiz raket atılıb.

İRNA-nın məlumatına görə, Fələstinin müqavimət qrupları Livan Hizbullahının “Əqsa tufanı” əməliyyatının başlaması ilə Fələstinin şimalında sionist hərbçilərin böyük bir hissəsini durdurmaq və Qəzzada müqavimətə təzyiqləri azaltmaq üçün sionist rejimin hədəflərinə qarşı gündəlik və ağır əməliyyatlar həyata keçirib.

Bir müddət əvvəl “Əl-Əxbar” qəzeti yazıb ki, Livan müqaviməti düşmənin qarşılaşa bilməyəcəyi bəzi taktikalara əl atıb.

Buna əsaslanaraq müqavimət komandanlığı döyüşçülərə bir çox fəaliyyətləri yerinə yetirməyə imkan verən səlahiyyətlər verib və Livan müqaviməti düşmənin mövqelərinə, silahlarına və sistemlərinə birbaşa ziyan vurmağa nail olub.

Bu arada sionist mediası Hizbullahın hələ də işğal olunmuş Fələstin torpaqlarının şimalında üstünlüyünün olduğunu və İsrail ordusunun bu bölgədə tələyə düşdüyünü etiraf edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five − 2 =