Livan Hizbullahı öz qüvvələrindən birinin şəhid olduğunu elan edib

Livan Hizbullahı öz qüvvələrindən birinin şəhid olduğunu elan edib

Livan Hizbullahı bəyanatında Beyrut yaxınlığında silahlı ünsürlərlə atışma baş verdiyini və qüvvələrindən birinin şəhid olduğunu açıqlayıb.

Livan Hizbullahı bu gecə (çərşənbə günü) verdiyi açıqlamada bu müqavimət qrupuna aid yük maşınının silahlı şəxslərin hücumuna məruz qaldığını və Hizbullah güclərindən birinin ağır yaralandıqdan sonra xəstəxanada öldüyünü açıqlayıb.

Əl-Əhd saytının məlumatına görə, bu bəyanatda bildirilir ki, bu yük maşını cənubdakı Əl-Bəqa bölgəsindən Beyruta doğru hərəkət edərkən Əl-Kaheli bölgəsində (Beyrutdan 11 kilometr cənub-şərqdə) aşıb. Bu hadisədən sonra naməlum silahlı şəxslər şəxslər yola yaxınlaşıb və yük maşınına daş atmağa başlayıb.

Hizbullahın məlumatına görə, bu şəxslər daha sonra yük maşınına atəş açmağa başlayıb və onu ələ keçirməyə cəhd ediblər. Bu əsnada yük maşınının müşayiəti ilə məşğul olan şəxslərdən biri ağır yaralanıb və aldığı xəsarətlər ağır olduğundan xəstəxanada dünyasını dəyişib. Bu atışmada silahlı ünsürlərdən biri də öldürülüb.

Hizbullah qüvvələri ilə silahlı ünsürlər arasında atışma baş verdikdən sonra Livan ordusu qüvvələri də sahəyə daxil olaraq silahlı şəxslərin yük maşınına yaxınlaşaraq onu ələ keçirməsinə mane olublar.

Digər tərəfdən Livanın Baş Naziri Nəcib Miqati bu hadisə ilə bağlı təhqiqatın başladığını açıqlayıb və bütün tərəfləri sakitləşdirməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × five =