Livan Hizbullahı şəhidlərinin sayı 122 nəfərə çatıb

Livan Hizbullahı şəhidlərinin sayı 122 nəfərə çatıb

Sionist rejimin oktyabrın 7-dən (Qəzzəyə qarşı müharibənin başlanğıcı) Livanın cənubuna hücumları nəticəsində Hizbullah hərəkatının şəhidlərinin sayı 122 nəfərə çatıb.

Hizbullah hərəkatı sionist rejimin Livanın cənubuna hücumları nəticəsində bu hərəkatın daha bir döyüşçüsünün şəhadətini elan edib.

Əl-Mənar şəbəkəsinin məlumatına görə, Hizbullah hərəkatı verdiyi bəyanatda Əl-Bəqada yerləşən Brital şəhərindən olan mücahid döyüşçüsü “Həsən Əbdünnəbi Talis”in sionistlərin hücumları zamanı aldığı xəsarətlərin şiddətinə görə şəhid olduğunu bildirib.

Bu Hizbullah döyüşçüsünün şəhid olması ilə oktyabrın 7-dən bu hərəkatın şəhidlərinin sayı 122 nəfərə çatıb.

Cümə günü (dünən) də Hizbullah Livan sərhədi yaxınlığında sionist rejim ordusunun əsgərləri ilə toqquşmada üç döyüşçünün şəhid olduğunu elan edib.

Digər tərəfdən Qəzzanın Səhiyyə Nazirliyi oktyabrın 7-dən bu yana Qəzzada şəhid sayının 20 min 258, yaralı sayının isə 53 min 688 nəfərə çatdığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =