Livan Hizbullahı sionist ordusunun mövqe və bazalarına sarsıdıcı zərbələr endirib

Livan Hizbullahı sionist ordusunun mövqe və bazalarına sarsıdıcı zərbələr endirib

Sionist rejim ordusunun işğal olunmuş Fələstin və Livan sərhəddindəki bazaları və hərbi mövqeləri Livan İslami müqavimət hərəkatının cavab hücumlarının hədəfi olub.

Livan Hizbullahı bir bəyanatda elan edib: Qəzzə zolağının xalqını himayə və onun cəsur və nəcib müqavimətini dəstəkləmək üçün bu cümə axşamı saat 16:00-da Cəlləl-Əlam bazası ətrafına toplaşan sionist düşmən əsgərlərinin mövqelərinə hücum ediblər

Bu açıqlamaya əsasən, Hizbullah döyüşçüləri işğalçı rejimin Əl-Manara bazasına zirehli raket atıblar.

Livan İslami müqavimət döyüşçüləri müvafiq silahlarla sionist əsgərlərin Mərc bazası ətrafında toplanmasını hədəfə alıblar.

Sionist rejimin Ramim kazarmaları da Livan Hizbullah döyüşçülərinin müvafiq silahları ilə hədəfə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − 3 =