Livan Hizbullahının sionist əsgərlərin toplaşdığı yerə raket hücumu

Livan Hizbullahının sionist əsgərlərin toplaşdığı yerə raket hücumu

Bazar ertəsi gecəsi xəbər mənbələri Livan Hizbullahının sionist hərbçilərin sionist qəsəbəsi ətrafında toplaşdığı yerə raket hücumu haqqında məlumat yayıb.

İRNA-nın Əl-Məyadinə istinadən verdiyi xəbərə görə, Livan İslami Müqaviməti Livan sərhədində yerləşən sionist İfen Mənahim qəsəbəsi ətrafında sionist əsgərlərin toplaşdığı məkanı hədəfə aldığını elan edib.

Bu hücum Livanın Milli Xəbər Agentliyinin daha əvvəl sionist düşmənin Livanın cənubunda yerləşən Mucəddəl Səlim qəsəbəsindəki yaşayış evini bombalaması nəticəsində bir mülki vətəndaşın şəhid olduğunu, bir nəfərin isə yaralandığını bildirdiyi vaxt baş verib.

İRNA-nın məlumatına görə, Fələstinin müqavimət qrupları Livan Hizbullahının “Əqsa tufanı” əməliyyatının başlaması ilə Fələstinin şimalında sionist hərbçilərin böyük bir hissəsini durdurmaq və Qəzzada müqavimətə təzyiqləri azaltmaq üçün Fələstin ərazilərində sionist rejimin məqsədlərinə qarşı gündəlik və ağır əməliyyatlar həyata keçirib.

Bu baxımdan, sionist mediası dəfələrlə Hizbullahın işğal olunmuş Fələstin torpaqlarının şimalında hələ də üstünlüyə malik olduğunu və İsrail ordusunun bu bölgədə tələyə düşdüyünü etiraf edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 4 =