Livan Hizbullahının sionist hərbçilərin qərargahına raket hücumu

Livan Hizbullahının sionist hərbçilərin qərargahına raket hücumu

Çərşənbə axşamı gecəsi xəbər mənbələri Livan Hizbullahının işğal altındakı Fələstinin şimalında sionist hərbçilərin qərargahına raket hücumu təşkil etdiyini bildiriblər.

İRNA-nın Əl-Məyadinə istinadən verdiyi xəbərə görə, Livan İslami Müqaviməti işğal altındakı Fələstinin şimalında sionist hərbçilərin Zabidin kazarmalarının qərargahını raketlə hədəfə aldığını elan edib.

Digər tərəfdən, sionist rejim Livanın cənubundakı Şəəb, Həlta və Əz-Zuheyrə qəsəbələrini artilleriya atəşinə tutub.

İRNA-nın məlumatına görə, Fələstin müqavimət qruplarının “Əqsa tufanı” əməliyyatının başlaması ilə Livan Hizbullahı işğal olunmuş ərazilərin şimalında sionist hərbçilərin böyük bir hissəsini durdurmaq və müqavimət qüvvələrinə təzyiqləri azaltmaq məqsədilə Qəzzada sionist rejimin hədəflərinə qarşı gündəlik və ağır əməliyyatlar həyata keçirib.

Hizbullahın əməliyyatları Əl-Əqsa tufanı əməliyyatının başlamasından və eyni zamanda sionist rejimin Qəzza zolağına təcavüzündən cəmi bir gün sonra başlayıb.

Sionist rejimin mediası da dəfələrlə etiraf edib ki, Hizbullah hələ də işğal olunmuş Fələstin torpaqlarının şimalında üstünlüyə malikdir və İsrail ordusu bu bölgədə tələyə düşüb.

Bu baxımdan, Livanın İslami Müqavimət mediası bu yaxınlarda Hizbullahın dörd aydan çox davam edən müharibə dövründə sionist rejimə qarşı 1000-dən çox əməliyyat keçirdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 14 =