Livan istiqamətindən Əl-Cəlilə raket hücumu həyata keçirilib

Livan istiqamətindən Əl-Cəlilə raket hücumu həyata keçirilib

İbrani mediası şənbə günü gecə Livan İslami Müqavimət Qüvvələrinin 10 raketlə Qərbi Qalileydəki sionistlərin mövqelərini hədəfə aldığını bildirib.

Mehr xəbər agentliyinin məlumatına görə, Livan müqavimət hərəkatı bu şənbə günü axşam saatlarında işğal olunmuş Fələstinin şimalında sionist hərbçilərin mövqelərinə ağır raket hücumları həyata keçirib və işğal olunmuş Qaliley bölgəsində həyəcan siqnalı çalınıb.

İbranidilli media Livanın cənubundan işğal altındakı Fələstinin şimalındakı Yuxarı Qaliley bölgəsinə raket hücumu edildiyini bildirib.

Bəzi mənbələr Yuxarı Qalileyə doğru ən azı 10 raket atıldığını və bu ərazidə güclü partlayış səslərinin eşidildiyini açıqlayıb.

Digər tərəfdən, Livan Hizbullahı ilə bağlı media da bir xəbərdə elan edib ki, İslami Müqavimət Mücahidləri Qəzza zolağında mətanətli Fələstin xalqına və onların cəsarətli və şərəfli müqavimətinə dəstək olaraq Şənbə günü axşam bir raketlə Yuxarı Qaliley bölgəsindəki sionistlərin mövqelərini birbaşa vurublar.

Şənbə günü axşam Əl-Məyadin xəbər kanalı da Livanın İslam müqaviməti tərəfindən Yuxarı Qaliley bölgəsinə raket yağdırılması barədə məlumat yayıb.

Qeyd edək ki, Livan Hizbullahı Fələstin müqavimət hərəkatının Əl-Əqsa tufanı əməliyyatı başlayandan bəri işğal olunmuş ərazilərin şimalında sionist rejimin mövqelərinə qarşı gündəlik hücumlar təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 20 =