Livan Ordusu: Hava məkanının pozulması atəşkəs razılaşması ilə qarşıdurma deməkdir

Livan bir daha İsrail ordusunun atəşkəsi pozma hallarına etirazını bildirərək bu faktların razılaşmaya zidd bir mövqe olduğunu deyib.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Livan ordusu bu gün (6 mart) sionist rejimin suverenliyinə qarşı təcavüzünün davamı barədə xəbərdarlıq edərək atəşkəs sazişinə zidd mövqe göstərdiyini vurğulayıb.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Livan ordusu dünən (6 mart) bəyanat yayaraq elan edib: Sionist rejimin ölkənin suverenliyinə qarşı davam edən təcavüzü Livan və regionun sabitliyini təhlükə altına almaqla bərabər atəşkəs razılaşmasına riayət etmir.
Bəyanatda həmçinin deyilir: Sionist rejimin bu təcavüzlərin davamına israrı Livanın sabitliyini təhdid edir və regional sabitliyə mənfi təsir göstərir. Bu hərəkətlər də atəşkəs razılaşmasına heç də uyğun deyil.